“Real Lift Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti 2005-ci ildə təsis olunmuş və VÖEN 1600371601 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Şirkət lift və eskalatorların satışı, quraşdırılması, modernizasiyası və servis xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərir.
Fəaliyyətini həyata keçirmək üçün şirkətə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “Liftlərin quraşdırılması və təmiri” fəaliyyətini yerinə yetirmək üzrə 6 iyun 2017-ci il tarixli İN/L-529/2017 nömrəli lisenziya verilmişdir.
Şirkət hazırda 22 nəfər işçi, o cümlədən 3 nəfər ixtisaslı mühəndis heyəti ilə fəaliyyət göstərir. Müasir texnologiyalardan istifadə edən və həm yerli, həm də beynəlxalq standartlara uyğun xidmət göstərən “Real Lift Quraşdırma” MMC təhlükəsizliyi və keyfiyyəti əsas prioritet kimi qəbul edir.
“Real Lift Quraşdırma” MMC dünyanın müxtəlif ölkələrində yerləşən SURAPID, SWODA, SCHNEIDER, AUX Express, FUJI, ÖZİNAN və ÜSTÜBEÇ kimi lift və eskalator istehsalçı zavodları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində şirkət müasir avadanlıqların idxalını, ehtiyat hissələrinin təchizatını və texniki dəstək xidmətlərini təmin edir.